Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, YouTube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Elə kompüter proqramları var ki, onlar konkret bir sahə ilə bağlı biliklərin yayılması məqsədilə yaradılır. Belə proqramlar ekspert sistemləri adlanır və onlar bu və ya digər sahədə çalışan mütəxəssislərin asl məsləhətçilərinə çevrilir.
Elektron ekspektin sirri
Belə proqramlar bu gün kifayət qədər çoxdur və ən müxtəlif sahələri əhatə edir: geoloji kəşfiyyatdan tutulmuş, elə kompüter istehsalının özünə qədər. Ekspert sistemlərindən yüksək səviyyəli mütəxəssislərlə yanaşı, çox təcrübəli işçilər də informasiya mənbəyi kimi və məsləhət üçün istifadə edirlər. Yeni bilik sahələri üçün belə sistemlərin yaradılması nisbətən aşağı ixtisaslı adamlara da imkan verir ki, ehtiyacları olduqda həmin sahələrdən faydalana bilsinlər. Tipik ekspert sistemi iki hissədən ibarətdir: bilginlər bazası və nəticəçıxarma maşını. Bilgilər bazasında bəzən bir neçə minə qədər məlumat—bilgi saxlanılır. Nəticəçıxarma maşını isə bilgilər bazasındakı informasiyanı təhlil edib qarşılıqlı əlaqələri tapır və konkret qərara gəlir. Bilgilər bazasını asanlıqla əvəz etmək olar və bu, sistemdə mühakimə prosesinə heç cür təsir göstərmir.
Ekspert sistemində zəruri informasiya ehtiyatı yaratmaqçün bilgilər üzrə mütəxəssis həmin sahənin eksperti ilə birlikdə işləyir. Onların işi ondan ibarətdir ki, müxtəlif vəziyyətlərdə ekspert sisteminin fəaliyyətini müəyyənləşdirsinlər. Sonra bu informasiya kompüterin işləməsi üçün yararlı şəklə (formaya) salınır. Ekspert sistemləri müəyyən qaydalara əsaslanır. Ekspert-adamın bilgiləri “əgər-onda” prinsipinə əsaslanır və ardıcılistinad edən sistem qaydalara əsalanır, xəstəliyin təsdiqlənməsi və ya inkar edilməsi haqda hökm verir.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır