Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, YouTube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Görmə qabiliyyətinə malik maşınlardan müxtəlif sahələrdə istifadə olunmasına baxmayaraq, onların çoxu ancaq müəyyən şəraitdə işləyə bilir, məsələn, simvolları oxuyan optik qurğu yalnız bəzi şriftlərlə çap olunmuş işarələri qavrayır, əlyazmalar qarşısında isə tamamilə acizdir.
İdeallar reallıqla qarşılaşdıqda
Sürücüsüz, kompüter idarə olunan avtomobillər hərəkət etməyə qadirdir, lakin yolla yolun kənarı kifayət qədər fərqlənməlidir. Sözsüz ki, belə avtomobil yolda dayanmış avtomobillə toqquşacaq. Obyektləri tanımaq üçün proqramlaşdırılan maşınlar həmin obyektlər nəzərdə tutulmuş vəziyyətlərindən fərqli vəziyyətlərdə qarşılarına çıxdıqda onları tanımır. Maşınların həqiqətən faydalı olması üçün tədqiqatçılar elə bir üsul tapmalıdırlar ki, onlar real aləmi bütün rəngarəngliyi ilə görə bilsinlər. Obyektin necə görünməsi təkcə onun vəziyyətindən deyil, həm də çoxlu sayda başqa səbəblərdən asılıdır. İnsan soyulmuş və doğranmış portağalın, hər halda, portağal olduğunu başa düşür, maşının görmə sistemi isə soyulmuş və doğranmış portağalın bütöv meyvə ilə əlaqəsini müəyyən edə bilmir. Konveyerdə bir metal məmulatı ikinci belə bir məmulatın üzərinə qoysaq, maşında onlar naməlum obyekt kimi qeydə alınacaq. Maşının görmə sistemi indiyədək məmulatları bunkerdən və ya nizamsız halda yığılmış qalaqdan seçməkdə çətinlik çəkir. Ən nəhayət, müəyyən tip obyektlər: məsələn, adamlar, itlər, avtomobillər, ağaclar bir-birindən elə fərqlənirlər ki, onların heç biri maşının “ideal” ına uyğun gəlməyə bilər.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır