Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.comsaytının daimi ziyarətçiləri, YouTube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. İstehsal olunan fərdi kompüterlərin əvvəlki modellərində ümumiyyətlə mikroprosessorlardan istifadə edilmirdi. Bu səbəbdən də onların işləmə sürətləri çox aşağı olurdu. Fərdi kompüterlərin texniki xarakteristikalarını, həmçinin işləmə sürətlərini artırmaq məqsədi ilə bu işlə məşğul olan firmalar mikroprosessor istehsalına başlayır. Odur ki, dərslik 4-cü nəsil və sonrakı nəsillərə aid olan mikroprosessorlar haqqında məlumatlar öyrətməyi qarşısına məqsəd qoyur.
Mikroprosessorların 4-cü nəsli haqqında
20 Mhs takt tezliyinə malik olan ilk mikroprosessor 486x DX Intel firması tərəfindən buraxılır. Sonrakı illərdə mikroprosessorun 25, 33 və 50 Mhs tezliklə işləyən variantları istehsal olunur. Bu tip prosessorlar riyazi soprosessora malik olmaqla bütün əməliyyatlarısürüşən nöqtəli prinsipi ilə həyata keçirir. Bundan əlavə, mikroprosessor 1-ci səviyyəyə uyğun sürətli keş-yaddaşa da malik idi. Mikroprosessorun məhsuldarlığının az olmasına baxmayaraq, əksər müasir proqramlarla işləyə bilirdi.
Sonrakı dövrdə 50 və 66 Mhs tezlikli, həmçinin ikiqat takt tezlikli 486x DX2 mikroprosessorları və bununla yanaşı 75 və 100 Mhs, həmçinin üçqat tezlikli DX4 mikroprosessorları məhsuldarlığı əvvəlkilərə nəzərən 1.5-4 dəfə yüksək idi.
Firma sonrakı illərdə baza modellərindən orta hesabla 20% aşağı tezliklə işləyən, riyazi soprosessorsuz SX mikroprosessorlarının istehsalına başlayır.
Intel firması ilə yanaşı AMD firması da mikroprosessor istehsalı ilə məşğul olur. AMD firmasının istehsal etdiyi Am486 DX-40, Am486 DX2 (takt tezlikləri uyğun olaraq 66 və 80 Mhs)və 100 Mhs, həmçinin 120 Mhs takt tezlikli mikroprosessorlar o zamanlar buraxılan fərdi kompüterlərdə kifayət səviyyədəistifadə olunur,
Artıq 1993-cü ildə AMD firması fərdi kompüterlərdə istifadə olunan, daha da təkmilləşdirilmiş, takt tezliyi 133 Mhs olan 4-cü nəsil mikroprosessorlarunun — Am 5×86-133-P 75 istehsalına başlayır.
P 75 parametri analoji olaraq Intel firmasının istehsal etdiyi (və ya edəcəyi) mikroprosessorun işləyə biləcəyi takt tezliyinə uyğunluğu göstərir.
İstər Intel, istərsə də AMD firmalarının istehsalı olan mikroprosessorlardan 5-10% aşağı məhsuldarlıqla işləyə bilən mikroprosessorların istehsalına Curix firması da qoşulur və özünün Cx486 DX modelini istifadəyə buraxır. Curix firması 1993 –cü ildə göstərilən modeldən başqa 100 və 120 Mhs takt tezliyi ilə işləyən, müəyyən parametrləri təkmilləşdirilmiş 4-cü nəsilə aid olan 5×86 modelinin buraxılışına nail olur.
Bu firmalarla yanaşı o zamanki illərdə İntel firmasının istehsalı olan mikroprosessorların heç bir icazəsi olmadan UMC firması bu fikirdən tamamilə əl çəkir. Qeyd etmək lazımdır ki,indiki zamanda 4-cü nəsil mikroprosessorların istehsalı dayandırılmışdır.