Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri , YouTube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Makkollohla Pittsin fərziyyəsinə görə, neyronlara sadə şəkildə ikilik ədədlərlə işləyən qurğu kimi baxmaq olar.
Neyronlar ikilik təsvirdə
İkilik ədədlər 0 və 1 rəqəmlərindən ibarətdir və riyazi məntiqin sistemlərindən biridir. Bu sistemi XIX əsrdə ingilis riyaziyyatçısı Corc Bul təklif etmişdir. O göstərmişdir ki, məntiqi hökümləri vahid və sıfır kimi kodlaşdırmaq olar. Burada vahid doğru, sıfır isə yalan təklifə uyğun gəlir. Bundan sonra bu hökümlərlə adi ədədlər kimi işləmək mümkündür. XX əsrin 30-cu illərində informatikanın pionerləri, xüsusən Klod Şennon başa düşdü ki, ikilik vahid və sıfır elektrik dörəsinin iki vəziyyətinə tamamilə uyğundur (yanır-yanmır). Ona görə, ikilik sistem ideal şəkildə elektron hesablama qurğuları üçün uyğun gəlir. Makkalloh və Pitts “neyron” lardan ibarət şəbəkə konstruksiyası təklif etdilər və göstərdilər ki, belə şəbəkə praktik olaraq təsəvvür olunan hər hansı bir ədədi və məntiqi əməliyyatları yerinə yetirə bilər. Sonra onlar belə güman etdilər ki, bu şəbəkə öyrəmək, obrazları tanımaq, ümumiləşdirmək, başqa sözlə, süni intellektin əsas ünsürlərinə malikdir.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır