Ana səhifə / Elektron dərsliklər / Əməliyyat sistemi anlayışı

Əməliyyat sistemi anlayışı

Paylaşmaq!

Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, YouTube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Kompüterdə işləyərkən biz proqramla işləyirik və bununla da qurğuları idarə edirik. Proqramlardan qurğulara keçid sistem səviyyəsində baş verir. Burada çoxlu proqramlar toplanmışdır ki, onlar da birbaşa olaraq qurğuları və onların elementlərini idarə edir. Onlar bütünlüklə kompüter sisteminin fəaliyyət göstərməsində həlledici rol oynayır. Qurğuların məhsuldarlığı, proqramın səmərəliliyi və istifadəçinin iş rahatlığı onlardan asılıdır. Sistem səviyyəsində proqramların seçilməsi, qurulması və sazlanması mürəkkəb məsələdir, xüsusi biliklər və peşə vərdişləri tələb edir. Onu əhəmiyyətli dərəcədə asanlaşdırmaq olar. Bunun üçün standartlaşdırılmış tərkibə və sənədləşdirilmiş sazlama  üsullarına malik olan sistem proqramlar çoxluğunu bir kompleksdə birləşdirən proqram olmalıdır. Bu kompleks kompüterin əməliyyat sistemi adlanır.

Əməliyyat sistemi anlayışı

Əməliyyat sistemi anlayışı

Əməliyyat sistemi – kompüter resurslarını idarə edən tətbiqi proqramların işə qoşulması, onların xarici qurğular və digər proqramlarla qarşılıqlı əlaqəsini, həmçinin istifadəçi ilə kompüter arasındakı dialoqu təmin edən vasitələrin məcmunudur.
Resurs kompüterin istənilən komponenti, yəni mərkəzi prosessor, daxili və xarici yaddaş, xarici qurğu, proqram və s.-dir.
Əməliyyat sistemi ilə rahat və əlverişli ünsiyyət mühitini (interfeys) təmin edir. Funksiyasına görə interfeysin aşağıdakı növləri vardır.
İstifadəçi interfeysi – istifadəçinin kompüterlə qarşılıqlı əlaqəsi üçün proqram və aparat vasitəsidir. Öz növbəsində istifadəçi interyeri əmrlər və obyektyönlü ola bilər.
Əmrlər interfeysi – kompüter resurslarının idarə edilməsi üçün klaviaturadan əmrləri daxil etməyə imkan verir.
Obyektyönlü interfeys – obyektlər, yəni fayl, kataloq (qovluq), disk ötürücüsü  (aparıcısı), proqram, sənəd, və s. üzərində əməliyyatları bilavasitə həyata keçirən hesablama sisteminin resurslarını idarə edir.

Proqram interfeysi – hesablama sistemi çərçivəsində qurğu və proqramların qarşılıqlı əlaqəsini təmin edən vasitələrin məcmusudur. Əməliyyat sisteminin yeni modifikasiyasının adı dəyişmir, ancaq versiya (variant) dəyişir. Versiya 6.00, 3.11, 2.1 və s. formasında ifadə olunur. Nöqtədən soldakı rəqəmin artması sistemdə mühüm dəyişikliklərin, nöqtədən sağdakı rəqəmlərin artması ilə sistemdə cüzi dəşikliyin edilməsini göstərir. Versiya nömrəsinin böyük olması sistemin daha çox imkanlara malik olmasıdır.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Əgər altmışıncı illərə qədər kompüterlərdən yalnız alimlər, bəzən isə hərbçilər istifadə edirdilərsə, texnologiyanın inkişafından sonra …

Добавить комментарий