Simvolların atributlarının dəyişdirilməsi bugün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Dizayn Proqramları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
Siyahı formalı mətn
CorelDraw proqramında mətni siyahı formasında yazmaq üçün nə edirlər?
CorelDraw proqramında mətni siyahı formasında yazmaq mümkündür. Bunun üçün mətn çərçivəsi çəkilir, daha sonra isə Text (Текст) – Bullets (Маркеры) əmri istifadə edilir. Bu əməliyyatı paneldən də yerinə yetirmək olar.
CorelDraw proqramında böyüdülmüş hərf sənədə necə yerləşdirilir?
Növbəti şəkildə olan formada mətn yazmaq, yəni mətnin ilk hərfinin digərlərindən daha böyük olması üçün yenə də Text (Текст) menyusuna müraciət edilir. Ancaq bu dəfə Drop Сар (Буквица) əmri seçilir.
Şəkildən göründüyü kimi Number of lines dripped (Число строк) sətirlərin sayını, Space after drop сар (Интервал после буквицы) ilk hərfdən sonrakı məsafəni təyin edir. Use hanging indent style for drop сар (Использовать стиль отступа для буквицы) isə ilk hərfin bütün mətndən sol tərəfdə yerləşəcəyini bildirir.
Beləliklə biz Siyahı formalı mətn mövzusu ilə tanış olduq. Sonda qeyd etmək istəyirəm ki, elektron dərslik müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır