Ana səhifə / Word 2007 / Cədvələ sətir və sütunların əlavə olunması

Cədvələ sətir və sütunların əlavə olunması

Paylaşmaq!

Cədvələ sətir və sütunların əlavə olunması

Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri.  Word 2007 proqramına həsr olunmuş növbəti videodərsdə sizi salamlayıram. Bugünki dərsimizin mövzusu Word 2007 proqramında cədvələ sətir və sütunların əlavə olunması olacaq.

Word 2007 proqramında cədvələ sətir və sütunların əlavə olunmasıCədvələ sətir və sütunların əlavə olunması

Proqramın digər versiyalarında olduğu kimi Word 2007 proqramında da qurulmuş cədvələ istər sətir və sütun, istərsə də xana əlavə etmək olar. Bunun üçün siçaının göstəricisini hər hansı bir sətirdə yerləşdirək. Bundan sonra yaranan Maket lentinə müraciət edək. Bu lentdə digər bölmələr kimi Строки и Столбцы bölməsi öz xüsusiyyətlərinə görə diqqəti cəlb edir. İlk növbədə bizə maraqlı olan dörd düymə var. Bu düymələrin birincisi Вставить сверху adlanır. Bu düymə vurularsa, qeyd olunmuş sətrə və ya siçanın göstəricisi yerləşdirilmiş xanaya yuxarıya doğru yeni sətir əlavə edir. Bu əməliyyatı aşağıdakı doğruda tətbiq etmək olar. Bunun üçün kursorumuzu aşağı sətrə yerləşdirək və lent üzərində olan Вставить снизу düyməsini sıxaq. Gördüyümüz kimi aşağıya doğru yeni sətir əlavə olunmuş oldu. Mövzunu dinləmək üçün aşağıdakı video dərsliyə keçid alın.

Müəllif: Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Word 2007 cədvəl daxili mətnin düzləndirilməsi

Word 2007 cədvəl daxili mətnin düzləndirilməsi

İlk növbədə hal-hazırda qəbul olunmuş düzləndirmə variantı bizdə burada Выровнять сверху по левому краю-Sol yuxarı küncə tərəf düzləndirmə variantı seçilir. Biz düzləndirməni digər bir varianta yəni sola və mərkəzə doğru düzləndirməyə doğru dəyişməyə çalışacağıq və yaxud da aşağıya doğru düzləndirmə əməliyyatını seçsək bu şəkildə mümkün olacaq.

Добавить комментарий