Ana səhifə / Dizayn Modulu-2-3 kurs / Obyektlərin bir qrupda birləşdirilməsi və ayrılması

Obyektlərin bir qrupda birləşdirilməsi və ayrılması

Paylaşmaq!

Obyektlərin bir qrupda birləşdirilməsi və ayrılması bugün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Dizayn Proqramları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Obyektlərin bir qrupda birləşdirilməsi və ayrılması

Obyektlərin bir qrupda birləşdirilməsi və ayrılması

Qrup əmrindən nə üçün istifadə olunur?

Bir neçə obyektlə işləyərkən sadəcə olaraq onları qeyd edərək seçmək kifayət edir. Ancaq bu əməliyyat vaxt itkisinə səbəb olur. Həm də bu zaman obyektlərdən hər hansı biri qrupa daxil edilməyə bilər. Bu prosesi asanlaşdırmaq üçün ilk olaraq lazım olan obyektləri qeyd edərək xüsusiyyətlər panelindəki Group (Сгруппировать) simgəsindən istifadə edilir.Obyektlərin bir qrupda birləşdirilməsi və ayrılmasıBu vaxt həmin obyektləri əhatəyə alan düzbucaqlı görünür, həmçinin vəziyyət sətrində qrupa daxil olan obyektlərin sayı haqqında məlumat görünür.Obyektlərin bir qrupda birləşdirilməsi və ayrılması

Obyektlər qrupunu seçmək üçün nə edirlər?

Obyektlər qrupunu seçmək üçün qrupa daxil olan istənilən obyektin üzərində siçanın sol düyməsini bir dəfə sıxmaq lazımdır. Bundan sonra aparılan əməliyyatların hamısı bütün qrupa aid olacaq.

Menyu vasitəsilə obyektlərin qruplaşdırılması zamanı hansı əməliyyat ardıcıllığı seçilir?

Obyektlərin qruplaşdırılması üçün sadəcə olaraq Arrange – Group (Упорядочить – Сгруппировать) və ya Ctrl+G cütlüyündən istifadə etmək mümkündür. Bu qruplar özləri də başqa qrup və ya obyektlərlə də birləşdirilə bilər.Obyektlərin bir qrupda birləşdirilməsi və ayrılmasıMüxtəlif laylardakı obyektləri qruplaşdırdıqda qrup sonuncu qeyd olunan obyektin mövcud olduğu layda yaranmış olacaq. Həmin qruplaşdırmanı ləğv etdikdə isə sonuncu qeyd olunmuş obyekt qrupun olduğu layda görünməyəcək.

Qruplaşdırmanı dağıtmaq üçün nə edirlər?

Qruplaşdırmanı dağıtmaq üçün Ungroup (Отменить группировку) və ya Ctrl+U cütlüyündən istifadə edilir.Obyektlərin bir qrupda birləşdirilməsi və ayrılması

Qrupda başqa qruplaşdırılmış obyekt olarsa, Ungroup ALL (Отменить группировку полностью) vasitəsilə qruplaşdırmanı ləğv etmək olur.Obyektlərin bir qrupda birləşdirilməsi və ayrılması

Beləliklə biz Obyektlərin bir qrupda birləşdirilməsi və ayrılması mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Snap to Guidelines (Привязка к направляющим)

Snap to Guidelines (Привязка к направляющим)

Snap to Guidelines (Привязка к направляющим) bugün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. …