Ana səhifə / ŞŞRİ modulu / Veb səyahət tarixçəsi və onun silinməsi

Veb səyahət tarixçəsi və onun silinməsi

Paylaşmaq!

Veb səyahət tarixçəsi və onun silinməsi bugün ki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Şəbəkə və şəbəkə resurslarından istifadə moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Veb səyahət tarixçəsi və onun silinməsi

Veb səyahət tarixçəsi və onun silinməsi

Veb səyahət tarixçəsi dedikdə nə başa düşülür ?

Veb səyahət tarixçəsi istifadəçinin son zamanlarda daxil olduğu veb səhifələr haqqında məlumatların tarixçəsini nəzərdə tutur. Bunlar veb səyyah proqramları tərəfindən avtomatik olaraq qeydə alınır. Bunun qeydə alınmasında məqsəd istifadəçiyə ziyarət olunmuş səhifəyə bir düymə ilə geri qayıtmağa, eləcə də daha əvvəllər ziyarət olunmuş səhifəyə daha asanlıqla daxil olmaq üçün şərait yaradır. Bu tarixçə müəyyən müddətdə brauzerin yaddaşında qalır.

Tarixçənin silinməsi üçün nə etmək lazımdır ?

Səyyah üzərində tarixçənin silinməsi üçün müxtəlif üsullar mövcuddur.  Brauzerdən asılı olaraq bu əməliyyat müxtəlif menyularda ola bilər.Veb səyahət tarixçəsi və onun silinməsiAmma demək olar ki, bütün səyyahlarda  bu əməliyyatı klaviatura düymələrinin köməyi ilə yerinə yetirmək istədikdə CTRL düyməsi sıxılı vəziyyətdə H hərfi vurulmalıdır.

Beləliklə biz Veb səyahət tarixçəsi və onun silinməsi mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Elektron hökumət portalında qeydiyyat

Elektron hökumət portalında qeydiyyat

Portala giriş üçün kod və şifrə səhifəsi açılacaq. Sistemə giriş üçün tələb olunacaq istifadəçi adınızı və şifrənizi daxil edin. Tələb olunan məlumatlardan ən azı üçünü düzgün daxil edin və Növbəti düyməsini çıqqıldadın. Hesabın aktivləşdirilməsi səhifəsi açılacaq. Kodu göndər düyməsini çıqqıldadın. Qeyd etdiyiniz mobil telefon nömrəsinə aktivləşdirmə kodu gələcək. Həmin kodu daxil edin və Təsdiqlə düyməsini çıqqıldadın.