Ana səhifə / KRİ modulu / Printer ilə əlaqədar problemlər

Printer ilə əlaqədar problemlər

Paylaşmaq!

Printer ilə əlaqədar problemlər bugün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Kompüter resurslarından istifadə  moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Printer ilə əlaqədar problemlər

Printer ilə əlaqədar problemlər

Yeni printer kompüterə qoşulub, lakin çap etmir?

Burada problem printerin drayverinin yazılmamasındadır.Printer ilə əlaqədar problemlərPrinterin drayverini printer alınarkən verilən drayver diskindən və ya həmin marka ilə internetdən tapıb yazmaq olar. Digər xarici qurğularda da drayver problemi il üzləşə bilərsiz.

Çap solğun çıxır?

Toner katrijində tonik azalmış ola bilər. Toneri yenidən paylamaq üçün patronu yüngülcə yelləyin və ya dəyişdirin.

Printer ilə əlaqədar problemlər

Ləkəli çap verir?

Printer ilə əlaqədar problemlər

  • Printerin təmizliyə ehtiyacı ola bilər.
  • İşığa həssas tambur zərər görmüş ola bilər.

Kağızın yarısı boş çıxır?

Çap etmək istədiyiniz səhifə standart yazıçı yaddaşını aşa bilər.

Səhifə tamamilə boş çıxır?

  • Çap edəcəyiniz səhifə uzunluğunun istifadə edilən kağız uzunluğuna görə doğru şəkildə nizamlanmış olduğundan əmin olun.
  • Kağızları kağız yerindən çıxarın və səhifələri ayırmaq üçün kağızın kənarlarını üfləyin.

Çapda şaquli cızıqlar var?

İşığa həssas tambur zərər görmüş ola bilər. Yerinə yenisini tələb oluna bilər. Məsələn tambur çəkilmiş ola bilər. Printerin təmizliyə ehtiyacı ola bilər.

Çapda üfüqi xəttləri var?

İşığa həssas tambur yerinə düzgün şəkildə oturmamış ola bilir. Tamburu çıxarın və yenidən yerləşdirin. İşiga həssas tambur xətalı ola bilər. Dəyişdirməyi yoxlayın.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

İnformasiya cihazlarının təhlükəsizliyi

İnformasiya cihazlarının təhlükəsizliyi

İnformasiya cihazlarının təhlükəsizliyi dedikdə informasiyanın ötürülməsini təmin edən cihazların təbii və ya süni xarakterə malik təsirlərdən müdafiə vəziyyəti başa düşülür. Belə təsirlər informasiyaya və ya informasiya obyektlərinə, həmçinin informasiya istifadəçilərinə və sahibinə zərər verə bilir.