Ana səhifə / KRİ modulu / Səs faylının kodlaşdırılması

Səs faylının kodlaşdırılması

Paylaşmaq!

Səs faylının kodlaşdırılması bugün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Kompüter resurslarından istifadə moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Səs faylının kodlaşdırılması

Səs faylının kodlaşdırılması

Audio informasiyanın kodlaşdırılması necə aparılır?

Səs siqnalları analoq (kəsilməz) siqnallardır. Kodlaşdırma zamanı bu siqnallar rəqəmsal (diskret) siqnallara çevrilir və kompüterdə bu çevirməni səs kartının tərkibində olan xüsusi mikrosxemlər həyata keçirir.

Müasir kompüterlərdə əsasən 2 cür: 8 bitli16 bitli səs kartlarından istifadə olunur. Rəqəmsal şəkildə səs əsasən 2 cür keyfiyyətdə olur:

  1. aşağı 8 bit və ya 5,5 Kilohers (Khz) tezlikli
  2. yüksək 16 bit və ya 44 Kilohers (Khz) tezlikli

Beləliklə hər hansı səs faylının həcmini hesablamaq ucun bizə onun hansı keyfiyyətdə olması və uzunluğu (saniyə ilə) verilməsi kifayətdir.

Audio informasiyanın kodlaşdırılması sisteminə aid məsələ

64 saniyəlik aşağı keyfiyyətli (8 bit və ya 5,5 Kilohers) musiqi faylının yaddaşını hesablayın.

İzahı: V=64 san*8 bit*5,5 Khz=64san*8 bit*5,5*1000 1/san= 343,75 Kbayt

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır.

Həmçinin baxın

Printer ilə əlaqədar problemlər

Printer ilə əlaqədar problemlər

Printer ilə əlaqədar problemlər bugün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, …