Ana səhifə / Virtual mühitdə iş bacarıqları / Poliqlot tərcümə proqramından istifadə

Poliqlot tərcümə proqramından istifadə

Paylaşmaq!

Poliqlot tərcümə proqramından istifadə elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Virtual mühitdə iş bacarıqları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Poliqlot tərcümə proqramından istifadə

Poliqlot tərcümə proqramından istifadə

Poliqlot tərcümə proqramının pəncərəsi hansı elementlərdən təşkil olunmuşdur?

Poliqlot tərcümə proqramından istifadə

Proqramın əsas pəncərəsi asağıdakı elementlərdən ibarətdir:

  • Menyu
  • Alət panelləri sahəsi
  • Söz maddələri siyahısı
  • Söz maddələrinin təsviri sahəsi
  • İstənilən sözün tərcümə edilməsi və axtarışı üçün daxil edilməsi sətri

Poliqlot tərcümə proqramının menyusu

Poliqlot tərcümə proqramından istifadə

Proqramın əsas menyusuna asağıdakı bəndlər daxildir:

  • Düzəliş – nüsxələmə, əlavə etmək, axtarış sətrində və söz maddələri sahəsində mətnin seçilməsi
  • Görünüş – baxış siyahılarının, lüğət qruplarının seçilməsi, interfeysin sazlanması
  • Siyahılar – istifadəçi siyahıları ilə iş üçün alətlər
  • Xidmət — əlavə funksiyalar: kontekstə görə axtarış, öyrədici oyun, opsiyalar
  • Məlumat — sənədləşmə və məlumat

Menyudan çağırıla bilən funksiyaların əksəriyyətinə alətlər panelindən və ya qaynar düymələr vasitəsilə müraciət etmək olar.

Alət panelləri sahəsi

Alət panelləri sahəsi proqramın əsas menyusunun altında yerləsir və alət panellərindən lüğətlər panelindən ibarətdir. İstifadəçiyə panelləri öz istəyinə görə yerləşdirmək imkanı verilir, istənilən paneli və ya ümumilikdə bütün panelləri gizlədə bilər.Poliqlot tərcümə proqramından istifadəSiçanın göstəricisini panelin sol kənarına (qoşa  xətti olan hissəyə) gətirərək və siçanın sol düyməsini sıxılı saxlayaraq paneli istənilən yerə sürüşdürmək olar. Belə etdikdə siçanın göstəricisinin yeri dəyişdikcə panelin alət panelləri sahəsində yeri də dəyişir.

Söz maddələri siyahısı

Söz maddələri siyahısı söz maddələrinin başlıqlarından ibarətdir. Baxma rejimindən (bax «Görünüş» menyusu ) asılı olaraq siyahıların tərkibinin xarakteri dəyişir:Poliqlot tərcümə proqramından istifadətam lüğətə baxma rejimində sıyahıya hazırkı lüğət qrupunun aktiv lüğətlərinin bütün maddə başlıqları daxildir;

istifadəçi maddələrinin siyahısına baxma rejimində sıyahıya istifadəçi tərəfindən müəyyən edilmiş maddələr siyahısına daxil olan hazırkı lüğət qrupunun bütün aktiv lüğətlərinin maddə başlıqları daxildir;

trenajor üçün təsadüfi siyahının generasiyası və baxılması rejimində siyahıya testləşdirmə üçün seçilmiş maddələrin başlıqları daxildir;

axırıncı  kontekstə görə axtarışın nəticələrinə baxma rejimində siyahıya verilən sözlər daxil olduğu maddələrin başlıqları daxildir.

Siyahı boyu hərəkət etdikcə söz maddələrinin əks olunma sahəsində müvafiq maddənin məzmunu çıxır. Əyanilik üçün siyahının hər sətri başlıqla və altlüğətin nişanı ilə verilir.

Söz maddəsinin təsviri

Söz maddələri siyahısında qeyd olunmuş söz maddəsi söz maddəsinin təsviri sahəsində əks olunur.Poliqlot tərcümə proqramından istifadəSözün müxtəlif mənaları siyahı şəklindədir. Köməkçi sözlər kursivlə qeyd olunmuşdur. Transkripsiya və müxtəlif dillərdən olan sözlər rənglə seçilmişdir. Söz maddəsi siyahısında  düyməsi rast gəlirsə, onu sıxdıqda sözün tələffüzünü dinləmək olar. Söz maddəsinin təsviri sahəsində siçanın sağ düyməsini sıxdıqda kontekst menyusu çağırılır. Bu menyu lazım olan sözün və ya ifadənin sürətlə axtarışına imkan verir.

Sözlərin daxil edilmə sahəsi

Sözlərin daxil edilmə sahəsi sözün tərcümə və axtarış məqsədilə daxil edilməsinə imkan verir.Poliqlot tərcümə proqramından istifadəDaxil edilmə sahəsində söz hərif-hərif yığıldıqca söz maddələri siyahısının göstəricisi daha yaxın olan söz maddəsinə tuşlanır və bu maddə eyni zamanda söz maddəsinin əks olunma sahəsində əks olunur.

Öyrədici oyun-trenajor

Öyrədici oyun-trenajor söz ehtiyatını artırmağa kömək edir. Dialoq pəncərəsi şəkildə təqdim olunub.

Oyunun yuxarı hissəsində sərf olunan vaxtın göstəricisi yerləşir. Göstəricinin altında üzərində sözün düzgün tərcüməsini tapmaq tapşırığı yerləşən tablo var.Poliqlot tərcümə proqramından istifadəVerilmiş nümunədə istifadəçi daxil edilmə sahəsində «laziness» sözünü daxil etməlidir. Bu halda mozaikada daha bir özək açılacaq, cavab düz olmadıqda özək qara rəngə boyanır, sual isə müəyyən vaxtdan sonra təkrar olunacaq. İstifadəçi cavablarda heç bir səhvə yol verməsə, mozaika tam açılacaq, əks halda hətta ikinci düzəlişdən sonra mozaikada açılmamış elementlər qalacaq. Qeyd etmək lazımdır ki, daxil etmə registrə həssasdı, yəni sözü normal yazılışda olduğu kimi daxil etmək lazımdır, yəni verilmiş nümunədə istifadəçi «Laziness» daxil etsə, cavab səhv kimi qəbul olunacaq. Səhv cavab verildikdə tabloda düzgün cavab işıqlanacaq.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır.

Həmçinin baxın

Elektron hökumət portalında qeydiyyat

Elektron hökumət portalında qeydiyyat

Portala giriş üçün kod və şifrə səhifəsi açılacaq. Sistemə giriş üçün tələb olunacaq istifadəçi adınızı və şifrənizi daxil edin. Tələb olunan məlumatlardan ən azı üçünü düzgün daxil edin və Növbəti düyməsini çıqqıldadın. Hesabın aktivləşdirilməsi səhifəsi açılacaq. Kodu göndər düyməsini çıqqıldadın. Qeyd etdiyiniz mobil telefon nömrəsinə aktivləşdirmə kodu gələcək. Həmin kodu daxil edin və Təsdiqlə düyməsini çıqqıldadın.