Rəqəmsal izin idarə olunmasının əhəmiyyəti elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Virtual mühitdə iş bacarıqları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
- 1 Rəqəmsal izin idarə olunmasının əhəmiyyəti
- 1.1 Rəqəmsal iz necə formalaşır?
- 1.2 Rəqəmsal izləri idarə etmək üçün hansı məsləhətləri yadda saxlamalıyıq?
- 1.3 Birinci məsləhət. Rəqəmsal izin sənin haqqında nə deyə biləcəyini bilmək.
- 1.4 İkinci məsləhət. Məxfilik parametrlərini ayarlayın.
- 1.5 Üçüncü məsləhət. Kuki (“Cookie”) fayllarını idarə edin.
- 1.6 Dördüncü məsləhət. Məlumatı paylaşmaqdan əvvəl düşünün.
Rəqəmsal izin idarə olunmasının əhəmiyyəti
Rəqəmsal iz necə formalaşır?
İnternetdən istifadə edirsinizsə, rəqəmsal iz buraxdığınızı bilməlisiniz. Kimsə palçıqlı bir yoldan keçəndə qalan fiziki izlər kimi, rəqəmsal iziniz də bütün onlayn fəaliyyətinizin tarixçəsidir. Sosial şəbəkələrdə istənilən paylaşımlar, daxil olduğunuz istənilən veb səhifələr, paylaşdığınız istənilən məlumatlar sizin rəqəmsal izinizi formalaşdırır.
Rəqəmsal izləri idarə etmək üçün hansı məsləhətləri yadda saxlamalıyıq?
Birinci məsləhət. Rəqəmsal izin sənin haqqında nə deyə biləcəyini bilmək.
İnsanlar sizin haqqında sizin rəqəmsal izinizə görə fikir yürüdə bilərlər. Məsələn, işə düzəlmək istəyən zaman işə götürən və yaxud hər hansı akademik proqrama müraciət edən zaman qiymətləndirici tərəfində istifadə oluna bilərlər.Sizin rəqəmsal izinizin sizin haqqınızda nə dediyini və sizin məlumatların necə istifadə olunduğunu bilmək vacibdir.İnternetdə sizin şəxsi brendinizin nədən ibarət olduğunu bilmək üçün özünüz haqqında axtarış verə bilərsiniz. Bing axtarış sistemində adınızı axtarın və hansı nəticələrin çıxacağına baxın. Nəticələr sizin gözləntilərdən fərqlənirsə, bu zaman onlayn nə paylaşdığınız və bu məlumatları kim gördüyü haqqında düşünün.
İkinci məsləhət. Məxfilik parametrlərini ayarlayın.
Siz sosial şəbəkələrdə və istifadə etdiyiniz internet tətbiqlərdə məxfilik parametrlərini dəyişə bilərsiz. Bununla siz paylaşdıqlarınızın kimin gördüyünü və kiminsə sizin haqqında axtarış verdikdə hansı məlumatın çıxdığını nəzarətdə saxlaya bilərsiz.
Üçüncü məsləhət. Kuki (“Cookie”) fayllarını idarə edin.
Kuki fayllar veb saytlara daxil olarkən veb brauzerinizdə toplanan kiçik qeydlərdir. Kuki fayllar veb saytdan istifadə etdiyiniz zaman proqram tətbiqinə lazım olan məlumat trafikini izləyir. Bu məlumatlar həm də sizin rəqəmsal izinizi saxlayır. Brauzerin ayarlarından müəyyən saytlar üçün kuki faylların istifadəsini məhdudlaşdıra və ya bloklaya bilərsiz.
Dördüncü məsləhət. Məlumatı paylaşmaqdan əvvəl düşünün.
Onlayn paylaşılan bir şeyi sonradan silmək mümkün deyildir. Əmin olun ki, paylaşmağa hazırlaşdığınız məlumat sizin rəqəmsal izinizin bir hissəsi olacaq. Sizin rəqəmsal iziniz həmişəlik ola bilər.Bu məsləhətlərə əməl edin ki, həm rəqəmsal izinizdən, həm də onun istifadəsindən razı qalasız.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır.