Onlayn məlumat paylaşmağın ən praktik üsulları elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Virtual mühitdə iş bacarıqları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Onlayn məlumat paylaşmağın ən praktik üsulları
İnternet və veb dünyanın istənilən yerində ailəmiz və dostlarımızla əlaqədə qalmağımızı mümkün edir. Sosial media və digər platformalar dostlarımızın həyatında ba verən haqqında öyrənmək, şəxsi xəbərləri paylaşmaq, başqaları ilə əlaqədə qalmaq üçün istifadə edilir.
Bununla belə, internetdə paylaşım etmək hər zaman təhlükəsiz olmur. Məlumdur ki, şəxsi məlumatlarınızı sosial mediada paylaşarkən bəzən fərqinə varmadan digər informasiyaları da yanaşı paylaşmalı olursunuz. Dostlar üçün bu adi görünə bilər. Amma tanımadığınız bir şəxsin bu məlumatlardan xoşagəlməz hallar üçün istifadə etməsi təhlükəli ola bilər.
Onlayn paylaşım edərkən təhlükəsizlik və məxfilik daim ağlınızda olmalıdır. Sosial media veb saytlarında profil yaradarkən şəxsi hesabınızın ayarlarını yoxladığınıza əmin olun. Əgər hesabınızı hər kəsə açıq qoysanız, istənilən şəxs sizin qoyduğunuz və paylaşdığınız məlumatları görə biləcək.Hesabınızı yalnız şəxsi kontakınız üçün görünən etsəniz, yalnız onlar tərəfindən görünəcəkdir. Siz həmçinin sosial media şəbəkələrində dəvət təkliflərini qəbul edən zaman seçici olmalısınız. Əksər sosial media formaları dostluğu və izləyicini qəbul etmək və ya imtina etmək kimi seçimlər qoyur.Kiminsə dostluğunu qəbul etdiyinizdə onun birbaşa şəxsi profilinizə və paylaşımlarınıza baxmaq imkanı yaranır.Unutmayın dostluq təklifini qəbul edərkən, tanıdığınız və inandığınız adamla qarşılıqlı unsiyyətdə olduğunuzdan əmin olun. Paylaşmaqdan əvvəl düşünün.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır.