Silinmiş sənədlərin bərpa edilməsi elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Virtual mühitdə iş bacarıqları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
Silinmiş sənədlərin bərpa edilməsi
Onedrive-da obyekti necə silmək olunur?
Bunun üçün həmin obyekt seçilir və siyahıdan Delete (Удалить-Sil) düyməsi sıxılır. Təsdiq üçün pəncərədə Delete (Удалить-Sil) düyməsi vurulur.
Onedrive-da silinmiş fayllar necə bərpa olunur?
Təsadüfən OneDrive-da bir fayl silsəniz,daha sonra onu bərpa edə bilərsiniz. OneDrive-da işçi masasında olduğu zibil qutusu kimi bir zibil qutusu var. Fərq odur ki, OneDrive zibil qutusu özü-özünə boşaldır.Bir Microsoft hesabı ilə daxil olmusunuzsa, obyektlər 30 gün zibil qutusunda qalır. İş və məktəb hesabları üçün admin parametrləri dəyişdirmədiyi təqdirdə səbət 93 gündən sonra boşalacaq. Silinmiş sənədləri bərpa etmək üçün Səbət (Корзина-Recycle bin) qovluğunu seçin. Bu yaxınlarda silinmiş sənədlərin siyahısını görəcəksiniz.Bərpa etmək istədiyiniz faylı seçin və Bərpa et (Restore-Восстановить) düyməsini sıxın. Faylınızın bərpa edildiyi barədə bildiriş görəcəksiniz. Bərpa edilən faylı original yerində OneDrive-da tapa bilərsiniz.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır.