Ana səhifə / Elektron dərsliklər / Ram, Rom və fləş yaddaş

Ram, Rom və fləş yaddaş

Paylaşmaq!

Ram, Rom və fləş yaddaşSalam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri , YouTube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. RAM (Random access Memory)ixtiyari erişimli yaddaşdır. Mikroprossesor informasiyanı bu yaddaşdan oxuyur və bu yaddaşa da yazır. Siz kompüterin yaddaşında nəsə yaradısınızsa, söhbət məhz RAM-dan gedir.

Ram, Rom və fləş yaddaşRam, Rom və fləş yaddaş

Çox zaman RAM və yaddaş anlayışları sinonimin kimi işlədilər. ROM ( Read Only Memory; постоянное запоминающее устройство) – daimi yaddaşdır. Mikroprossesor ROM-dan informasiyanı oxuya bilir, ancaq ora nəsə yaza bilmir ( və deməli, oradakı informasiyanı dəyisdirə də bilmir). Çox zaman ROM mikrosxemlərində kompüter üçün xüsusi komandaları–dəyişdirilməyən vacib informasiyalar saxlanılır. Bu informasiyalar yaddaş mikrosxemində saxlandığından mikropresosser ora muraciət edə bilir. BİOS-da ROM-da saxlanılır.
Ram, Rom və fləş yaddaşFləş-yaddaş eyni zamanda həm Ram kimi, həm də ROM kimi işləyən xüsusi yaddaş növüdür. İnformasiya RAM -da olduğu kimi fləş-yaddaş yazıla bilir, ancaq cərəyan kəsildikdə operativ yaddaşdakı kimi informasiya itmir. Fləş-yaddaşdan, məsələn, fotoaparatlarda istifadə olunur.
Son zamanlar çoxlu sayda mobil rəqəmli foto-və video-kameralar, MP3-pleyerləri, cib kompüterləri, mobil telefonlar və b. Bu qurğuların hamısının informasiya daşıyıcıları da xüsusi tələblərə cavab verməlidir: Onlar yığcam olmalı, az enerji sərf etməli, böyük tutuma malik olmalı, oxuma və yazma sürəti yüksək olmalı və xidmət müddəti yetərincə uzun olmalıdır. Fləş-kart adlanan bu yaddaş bütün bu şərtləri ödəyir.
Kompüterlər üçün fləş-disklər daha geniş yayılıb. Böyük tutuma (32 meqabaytdan 64 giqabaytadək) malik olanlardan verilənlərin oxunma sürəti saniyədə təxminən 10 Mb olur.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Əgər altmışıncı illərə qədər kompüterlərdən yalnız alimlər, bəzən isə hərbçilər istifadə edirdilərsə, texnologiyanın inkişafından sonra …

Добавить комментарий