Kimyəvi maddələrlə işləyən işçilərin mühafizəsi elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri İlk Yardım moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
Kimyəvi maddələrlə işləyən işçilərin mühafizəsi
Kimyəvi amillərdən müdafiə nədir?
Kimyəvi amillərdən müdafiə — kimyəvi maddələrlə işləyən işçilərin mühafizəsi müxtəlif üsullarla həyata keçirilir. Bir sözlə təcavüzkar maddələrlə işləyən bütün işçilər xüsusi iş paltarları və əlcəklərlə təmin edilməlidirlər.
Hansı kimyəvi maddələrlə işləyərkən xüsusi diqqət tələb olunur?
Turşu və qələvilərin gözə düşməsindən qorunmaq üçün qoruyucu eynəklər tətbiq etmək lazımdır.
Sulfat turşusunu həll edən zaman mütləq nazik kolbaya soyuq su əlavə edərək dayanmadan qarışdırmaq vacibdir. Suyun üzərinə sulfat turşusunu tökmək qadağan edilir.
Ümumiyyətlə kimyəvi zərərli maddələrin istehsalçıları və həmin maddələrdən istifadə etməklə istənilən məhsul istehsalı ilə məşğul olan mülkiyyətçilər, işəgötürənlər yerli özünü idarəetmə orqanları kimyəvi maddələrdən gələ biləcək təhlükəyə qarşı qabaqlayıcı tədbirlər görməlidirlər və onların buna qarşı xüsusi proqramları olmalıdır.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır