Məlumat nişanları haqqında elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Sağlamlıq və təhlükəsizliyin qorunması moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
Məlumat nişanları haqqında
Təhlükəsizlik nişanları necə yerləşdirilməlidir?
Təhlükəsizlik nişanları elə yerləşdirilməlidir ki, onlar aydın görünsün, insanlar öz peşə və ya digər fəaliyyətlərini yerinə yetirərkən diqqəti yayındırmasın və narahatlıq yaratmasın, keçidi kəsməsin, malların hərəkətinə mane olmasın.
Nə üçün təhlükəsizlik nişanlarını darvazalarda və binaların giriş qapılarının üzərində yerləşdirirlər?
Darvazalarda və binaların giriş qapılarının üstündə yerləşdirilən təhlükəsizlik nişanları bu nişanların fəaliyyət zonasının bütün ərazini və darvazaların və qapıların arxasındakı ərazini əhatə etdiyini bildirir. Darvazalar və qapılarda təhlükəsizlik nişanlarının yerləşdirilməsi elə aparılmalıdır ki, nişanın vizual qavranılması darvazanın və ya qapıların (açıq, bağlı) vəziyyətindən asılı olmasın.
Nümunə
«Çıxış» evakuasiya təhlükəsizliyi nişanları «Fövqəladə çıxış» yalnız çıxışa aparan qapıların üstündə yerləşdirilməlidir.
Yemək yeri məlumat nişanı
Bufetlərin, yeməkxanaların qapılarında və yeməyə icazə verilən digər yerlərdə yerləşdirilir.
İçməli su məlumat nişanı
İçməli su ilə kranların yerləşdiyi binaların qapılarında yerləşir.
Siqaret çəkən yer məlumat nişanı
İctimai obyektlərdə siqaret çəkən yerləri göstərir.
Toplantı yeri məlumat nişanı
Qapılarda, binaların divarlarında və digər yerlərdə yanğın, qəza və ya digər fövqəladə hallar zamanı insanların toplanması üçün əvvəlcədən nəzərdə tutulmuş məntəqələrin (yerlərin) təyin edilməsi üçün nəzərdə tutulmuşdur.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır