Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, YouTube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Bu gün həyatımızın, demək olar, elə bir sahəsi yoxdur ki, kompüter ora daxil olmasın. Kompüterdən həkimlərin ən böyük köməkçilərinə çevrilmişlər. İnkişaf etmiş ölkələrdə bu cəhət özünü daha qabarıq şəkildə göstərir. Fikrimin əyaniliyi üçün hansısa bir kitabda oxuduğumuz hadisəni nəzərinizə çatdırmağı məsləhət bildik.
Kompüterlərin tətbiqi
Miss Cons adlı bir qadın belində kəskin agrılar hiss edir. Nə yataq nə də aspirin ona kömək etmir.yeni köçdüyü şəhərdə yaşadığı sahənin həkiminə müraciət etmək qərarına gəlir. İlkin müayinə göstərir ki, ağrı xəstənin bel nahiyəsindədir və onun sol dirsək əzələsinin hərəkəti məhduddur. Həkim fərdi kompüterini işə salır və ölkədəki rabitə şəbəkəsi vasitəsilə miss Consun əvvəl yaşadığı şəhərdəki kilinikanın kompüteri ilə əlaqə yaradır. Bir neçə saniyədən sonra öyrənir ki, beş il əvvəl xəstənin süd vəzisində bədxassəli şiş olmuşdur və cərrahlar onu kəsib atmışlar. Bundan sonra miss Cons özünü əla hiss etmiş, ona görə də həkimlə söhbət zamanı bu haqda bir söz deməmişdi. Məsələnin nə yerdə olduğunu bilən həkim rabitə şəbəkəsindən ayrılır və QMR məsləhət sisteminə müraciət edir. Burada isə 600-ə qədər xəstəlik haqda məlumat var. Sistem cavab verir ki, ağrılar əzələ dartılmasından da, artiritdən də, xərçəngin fəsadlarının nəticəsində də ola bilər. Səbəbi dəqiqləşdirmək üçün o, xəstəni sümüyün izotop tədqiqinə göndərir ki, onda xərçəngin olub-olmadığını müəyənləşdirsin. Bəli, belə müayinə və diaqnozqoyma artıq utopiya deyil. Biz əminik ki, uzun illər stetskopla işlədikləri kimi, həkimlərin kompüterlə də işləyəcəkləri gün uzaq deyil.
Hal-hazırda tədqiqat laboratoriyalarında hazırlanan tibbi hesablama sistemlərini iki tipə ayırmaq olar: birinci, böyük həcimli informasiyaya malik, tələb olunan informasiya axtarışını yerinə yetirən və rabitə kanalları ilə cavabları soruşana göndərən kommunikasiya sistemləri; ikinci, xəstəni müayinə və ya müalicə metodikasını seçməkdə köməklik göstərən, həkimdəki informasiyanı işləyən, sonra isə xəstənin vəziyyətinə nəzarət edən və müalicəni aparan məsləhət sistemləri. Stanford universitetində əsas diqqət lazimi informasiyanı, yığan işləyən və zəruri verilənləri həkimlərə verən proqram metodlarının işləməsinə yetirilir. Çünki gərgin əməli faliyyətlə yanaşı, böyük informasiya axınını izləmək və yadda saxlamaq praktik olaraq mümkün deyil. Ona görə də kommunikasiya sistemlərinə böyük ehtiyac var. Ola bilər ki, həkim aylarla və hətta illərlə bu və ya digər xəstəliklə üzləşməsin. Bu müddət ərzində xəstəliyin müayinə metodu və müalicəsi dəyişə də bilər. Odur ki həkimlər yeniliklər barədə məlumat almaq məqsədilə biblioqrafik verilənlər bazsına müraciət etmək zərurətində qalırlar. Bunun üçünsə onlar axtarış-informasiya sistemlərindən istifadə edirlər. Belə informasiya sistemləri sırasında ABŞ-dakı məşhur MEDLINE sistemi daha çox fərqlənir. Amerikanın Bested şəhərindəki milli kitabxanada bu sistemin işləndiyi böyük kompüterin yaddaşında son 35 ildə tibbi-bioloji mövzuya həsr olunmuş, demək olar ki, bütün məqalələr, o cümlədən lap son aylarda çıxmış refaratlar və cari çap materialları saxlanılı. MEDLINE-dəki verilənlər bazasının hər bir məqaləsi əsas söz birləşməsinə uyğun olaraq düşünlmüş indekslə işarə edilmişdir. Axtarış üçün sorğuda tələb olunan mövzuya aid əsas sözü göstərməklə müvafiq məqalələri tapıb nəzərdən keçirmək mümkündür. Bundan sonra isə seçdiyiniz işlərin surətini çıxara bilərsiniz. Artıq təkcə biblioqrafik verilənlər deyil, həm də məqalələrin tam mətni olan axtarış-məlumat sistemləri mövcuddur. Kompüterin funksional imkanları artdıqca kitabxanalarda olan tibbi-bioloji ədəbiyyatdan, xəstəliklər və müayinə üzrə verilənlər bazasında istifadə etməkdə onlar daha böyük rol oynayacaq. Təqribən 30 il əvvəl ABŞ-ın Solt-Leyk-Siti şəhərinin xəstəxanasında HELP (kömək) adlı bir sistem işlənmışdir. HELP sistemi mərkəzi kompüter bazasında fəaliyyət göstərir, kilinika üzrə paylanmış çoxlu sayda terminallarla və çap qurğuları – pirinterlə əlaqəlidir. İndi tibb bacısının növbə çəkdiyi yerdə ən azı 4 terminal və bir printer qoyulmuşdur. Gələcəkdə kilinikadakı hər çarpayının yanında bir terminal olması nəzərdə tutulur. Bəs nə üçün şəksiz üstünlüklərinə və istifadəsinin asanlığına baxmayaraq, ekspirimental kompüterdə tibbi sistemlərin variantları kilinik təcrübədə geniş yayılmışdır? İş burasındadır ki, məsləhət sistemlərinin yaradılması metodları tam işlənmədiyindən effektli proqram vasitələrinin yaradılmasında fundamental xarakterli ciddi nəzəri və praktik çətinliklər meydana çıxır. Nə indi, nə də yaxın gələcəkdə tibb sahəsinin hesablama sistemləri həkim-mütəxəsis qədər insan müalicəsinin texniki, kilinik və sosial cəhətlərini başa düşmək səviyyəsinə çata bilməyəcək. Bir qədər öncə haqqında danışılan məsləhət sistemləri tibb sahəsində kompüterin tedbiqinin necə inkişaf etdiyini göstərsə də, onlar hələ də yüksəkixtisaslı tibb işçisinin sağlam analitik təkəffüründən, yaradıcı təxəyyülündən ayrıldıqda səmərəli ola bilməz. Öz təbiəti etibarilə mürəkkəb və hər dəfə də fərqlı tibbi problemlərin həlli zamanı həkim müəyyən qərar qəbul edir. İnformatika mütəxəssisləri bax bu qərar qəbuletmə proseseinin kompüterdə modelini yaratmaq yolunu bilmirlər. Bütün bunlara baxmayaraq, alimlər tibbdə kompüterdən daha geniş istifadə edilməsi perspektivlərinə böyük ümidlərlə baxırlar. Kompüter külli miqdarda elmi informasiyanı və praktik məshlətləri yadda saxlamaq, məqsədli axtarışı sürətlə yerinə yetirmək və bütün bunları istənilən məsafəyə ötürmək imkanına malikdir. Kompüterlərin bu imkanlarından artıq bu gün geniş istifadə olunur.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır