Ana səhifə / PH modulu / Yazılı ünsiyyət üsulları

Yazılı ünsiyyət üsulları

Paylaşmaq!

Yazılı ünsiyyət üsulları elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Planlaşdırma və hesabatvermə moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Yazılı ünsiyyət üsulları

Yazılı ünsiyyət üsulları

Rəsmi-işgüzar üslubu nədir?

Peşəkar yazılı ünsiyyətin üsulları müxtəlifdir. Bu müxtəlif üsullar hamısı birlikdə rəsmi-işgüzar üslubu yaradır. Bu üslub rəsmi və işgüzar sənədlərin dilidir. Rəsmi işgüzar üslubda fikir müəyyən standart formalarda və yığcam verilir.Yazılı ünsiyyət üsullarıBu üslub öz formaməzmunu etibarı ilə kütləvi mahiyyət daşıyır, ixtisasından, peşəsindən, həyatda tutduğu vəzifəsindən asılı olmayaraq insanlar bu yazılı ünsiyyətdən istifadə edirlər. Rəsmi-işgüzar üslub dövlətictimai idarələri bir-biri ilə, vətəndaşların idarə, müəssisə və təşkilatlarla, eləcə də fəaliyyət göstərdiyi müəssisənin daxilində digər şöbələrlə əlaqəsini təmin edir.

Dövlətin ən mühüm rəsmi sənədləri hansılardır?

Rəsmi sənədlər dövlət təşkilatlarının tərtib etdiyi və xüsusi qaydada (rəsmi imzası və s.) ilə təsdiq olunan sənədlərdir. Dövlətin ən mühüm rəsmi sənədləri onun Konstitusiyası, qanunları, qərarları, dövlət sərəncamları, nazirliklərin əmrləri və s.-dir. Bu sənədləri mütəxəssislər hazırlayır, onlar, adətən, müxtəlif səviyyələrdə müzakirə olunur, qəbul edilir, hüquqi məzmuna malik olur, tarixi əhəmiyyət daşıyır.

İşgüzar sənədləri digər sənədlərdən fərqli edən xüsusiyyət nədir?

İşgüzar sənədlər isə xüsusi dövlət əhəmiyyəti daşımır, ancaq bu və ya digər konkret məsələ ilə bağlı tərtib edilir, həcmcə kiçik olur, bəhs olunan məsələ haqqında konkret, aydın məlumat verir, orfoqrafiya qaydaları gözlənilir. Bu sənədlərin müəyyən hissəsini hər bir şəxs özü hazırlamağı bacarmalıdır. İşgüzar sənədlərdə artıq söz və ifadələrin işlədilməməsi və imla səhvləri olmaması üçün hazır formalardan istifadə olunur.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Əmrlərin hazırlanması və tətbiq edilməsi barədə məlumat

Əmrlərin hazırlanması və tətbiq edilməsi barədə məlumat

Əmrlərin hazırlanması və tətbiq edilməsi barədə məlumat elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz …