Giriş təlimatı haqqında məlumat elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Sağlamlıq və təhlükəsizliyin qorunması moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
Giriş təlimatı haqqında məlumat
Giriş təlimatı nədir?
Giriş təlimatı: İşə yeni qəbul edilən və ya müəssisəyə ezam edilən fəhlə və qulluqçular məcburi qaydada təhlükəsizlik texnikası üzrə giriş təlimatı almalıdır.
Giriş təlimatını kim aparmalıdır?
Giriş təlimatını təhlükəsizlik texnikası üzrə mühəndis aparmalıdır. Giriş təlimatı həm eyni peşədən olan fəhlə qrupları üçün həm də müxtəlif ixtisaslı fəhlələr üçün aparıla bilər. Bu zaman qruplarda olan fəhlələrin sayı 30 nəfərdən çox olmamalıdır.
Giriş təlimatını harada aparmaq daha effektli olar?
Giriş təlimatı təhlükəsizlik texnikası üzrə kabinetdə aparılmalıdır. Giriş təlimatı materialın məzmununa konkret cavab verən, həmçinin sexin istehsalat şəraitinə tətbiq edilə bilən təhlükəsiz iş qaydaları və metodlarını əyani şəkildə nümayiş etdirən vasitələrdən istifadə etməklə aparılmalıdır.Giriş təlimatı aparılan zaman müvafiq proqrama uyğun olaraq əməyin əsas məsələlərinə dair başlıca suallar ətraflı şərh edilməlidir.
Giriş təlimatının keçirilməsi hansı sənəddə öz əksini tapmalıdır?
Giriş təlimatının keçirilməsi xüsusi jurnalda və fəhlənin şəxsi kitabçasında qeyd olunmalıdır.Əməyin mühafizəsi şöbəsində təhlükəsizlik texnikası qaydalarına dair təlimat keçən şəxs hər bir fəhləyə təhlükəsizlik texnikası üzrə kitabça verilməlidir.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır