Ana səhifə / Yanğından mühafizə / Bina və texniki qurğuların ildırımdan mühafizəsi

Bina və texniki qurğuların ildırımdan mühafizəsi

Paylaşmaq!

Bina və texniki qurğuların ildırımdan mühafizəsi elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Yanğından Mühafizə moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Bina və texniki qurğuların ildırımdan mühafizəsi

Bina və texniki qurğuların ildırımdan mühafizəsi

Yanğınların neçə faizi ildırımdan yaranır?

Bina və texniki qurğuların ildırımdan mühafizəsi

İldırım yanğına, partlayışa və adamların zədələnməsinə səbəb ola bilər. Statistik məlumatlara görə yanğınların 7 %-ə qədəri ildırım boşalmaları nəticəsində baş verir.

İldırım necə yaranır?

Müsbət yüklü buludların hərəkəti zamanı elektrostatik induksiya nəticəsində yer səthində əks əlaqəli elektrik yükləri yananır.Bina və texniki qurğuların ildırımdan mühafizəsiBir növ hava aralıqlı kondensator əmələ gəlir ki, yer və buludlar onun lövhələri rolunu oynayır. Potensiallar fərqi müəyyən böhran qiymətə çatdıqda, parlaq şüalanma kəskin səslə müşayət olunan qığılcım boşalması ildırım yaranır.

İldırımın kanalında cərəyan şiddəti 200 000 A-ə, gərginlik 150 000 000 V-a, temperaturun 6000-100000 S –yə çatır. İldırım qurğularının uzunluğu 1001000 metrlərlə ölçülür, boşalma müddəti 0,1…1,0 san davam  edir.

İldırımın bina və qurğuları birbaşa zərbəsi nə ilə nəticələnə bilər?

İldırımın bina və qurğuları birbaşa zərbəsi boyük  dağıntılara, yanğınlara, partlayışlara və bəzən də insan tələfatına səbəb ola bilər.Bina və texniki qurğuların ildırımdan mühafizəsiYer səthindəki obyektin hündürlüyü nə qədər çox olarsa ildırımın bir başa düşmə etimalı da artır.

İldırım mühafizəsi nədir?

İldırımın ikinci zərbəsi yanğına partlayışa və cihazların, avadanlığın sıradan çıxmasına səbəb ola bilər.Bina və texniki qurğuların ildırımdan mühafizəsiAtmosferin statik cərəyan boşalmalarının təsirindən adamların, bina və qurğuların, avadanlıq və materialların mühafizəsi üçün görülən tədbirlər kompleksi ildırım mühafizəsi adlanır.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Nərdivanlar üzərində işləyən zaman təhlükəsizlik qaydaları

Nərdivanlar üzərində işləyən zaman təhlükəsizlik qaydaları

Nərdivanlar üzərində işləyən zaman təhlükəsizlik qaydaları elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, …