Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, YouTube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. 1985-ci ildə xüsusi hazırlanmış sualtı aparat Atlantik okeanının şimalında 3 km-dən çox dərinlikdə zülmət qaranlıqda yavaş-yavaş irəliləyərək okeanın dibini tədqiq edirdi. İxtiraçı –konsturktorlar bu aparatın adını qədim yunan mifologiyasının qəhrəmanı Yasonun qızıl yun dalınca Kolxidaya getmək üçün inşa etdirdiyi gəminin şərəfinə “Arqo” qoymuşdular. 5 m uzunluğu olan bu aparat güclü projektorlarla, sonralar (akustik exolator), videokameralarla təchiz olunmuşdu. Yuxarıda –okean sularının qoynunda isə ABŞ HDQ–yə məxsus “Knorr’’ tədqiqat gəmisinin idarəetmə mərkəzində videoekran qarşısında fransız –amerikan elmi ekspedisiyasının üzvləri əyləşmişdilər. Onlar cansız yarğanların və palçıq düzənliklərin üstü ilə hərəkət edən aparatın göndərdiyi təsvirləri diqqətlə izləyirdilər.
Kompüter və yeni imkanlar
16 gün inadlı axtarışdan sonra ,nəhayət ki,ekranda okeanın dibinə səpələnmiş iri metal hissələri və gəmi qazanxanası göründü; bəli, burada heç bir səhv ola bilməzdi,bu məhz gəmi qazanxanası idi. Müşahidəçilərin qalib çığırtıları eşidildi. 73 il əvvəl qəzaya uğramış və 2200 sərnişindən 1500-nü özü ilə okeanın dibinə aparmış məşhur “ Titanik “ okean layneri, nəhayət ki, tapılmışdır. “Titanik” in qalıqlarının okean dərinliklərində axtarışı zamanı müasir elmin ən son nailiyyətlərindən istifadə olunmuşdu.İllərlə hazırlanmış bu son dərəcə çətin işin müvəffəqiyyətlə yerinə yetirilməsində kompüter texnologiyasının, müasir proqram vasitələrinin çevikliyinin rolunu xüsusi qeyd etmək lazımdır. “Arqo” da yerləşdirilmiş sonar, projektorlar, videokamera qurğu kompleksi hər biri öz dilində proqramlaşdırılmış bir neçə kompüterlə idarə olunurdu. Sualtı aparatın kompüteri yığcam, lakin çevik Fort (FORTH; fortranla qarışdırmamalı) dilindən istifadə edirdi. Fort ilkin olaraq teleskopların hərəkətini idarə etmək üçün işlənmişdi; indi isə onun köməyi ilə kordiomonitordan tutmuş, xüsusi videokameraya qədər ən müxtəlif cihaz və proseslər idarə olunur. “Knorr” dakı kompüter güclü, lakin az başadüşülən Sİ dilində proqramlaşmışdı. Kompüterlərə bir-biri ilə “danışmaq” imkanı verən, sualtı aparatı və suyun üzündəki gəmini birləşdirən koaksial kabelin hər iki tərəfindəki telemetrik sistem daha bir dildən-Assembler dilindən istifadə edirdi. Proqramlaşdırma dili kompüterlə ünsiyyətdə olmaq üçün diqqətlə və yaradıcılıqla tərtib olunmuş söz, hərf, ədədlər və mnemonik işarələr ardıcıllığıdır. Bu dillərsiz kompüterlər və onlarla əlaqəli qurğular bir qalaq faydasız dəmir yığını olardı. Hər bir dilin özünün qrammatikası və sintaksisi var. Təbii dillərə bənzəyən və bir cümlə ilə bir neçə kompüter əmri verə bilən proqramlaşdırma dilləri “yüksək səviyyəli” dil adlandırılır. Lakin təbii dillərlə müqayisədə onlar daha dəqiqdirlər. Proqramlaşdırma dillərində sözlərin müxtəlif mənaları, məcazi mənası yoxdur. Hal-hazırda bir neçə yüz belə dil var; əgər onların dialekt adlandırılan bütün variantlarını da nəzərə alsaq, onda, ola bilsin ki, mindən çoxdur. Proqramlaşdırma dilləri müxtəlif məqsədlər üçündür:mürəkkəb riyazi məsələlərin həlli və iqtisadi-riyazi hesablamalardan tutmuş, ta musiqi əsərləri yaratmağa və maşın qrafikasına qədər. Bütün bunlara baxmayaraq, elə bir maşın dili yoxdur ki, eyni səviyyədə bütün hallar üçün yararlı olsun. Dilin seçilməsində üç faktor mümkün qədər nəzərə alınmalıdır: əvvala, dil proramçı üçün rahat olmalıdır; ikinci, verilmiş məsələnin həllinə uyğun gəlməlidir və nəhayət, seçilmiş kompüterin texniki parametirləri ilə üst-üstə düşməlidir. ”Titanik” in axtarışı zamanı işlədilən kompüterlər üçün seçilən proqramların dilləri buna parlaq misaldır. Orada hər bir kompüter üçün onun qarşısında qoyulan vəzifəyə uyğun dil seçilmişdi. ”Knorr” gəmisinə qoyulmuş kompüterlər üçün Sİ dili üstünlük təşkil edirdi. Belə ki, bu dil bilavasitə əlavə qurğuların idarəsini təmin etməli idi. Sualtı “Arqo” aparatı üçün yeganə yüksək səviyyəli dil-Fort daha məqsədəuyğun sayılmışdı. İki gəmi arasındakı kabellə verilən siqnalların dəqiq sinxronlaşdırılması zəruriliyi isə ayrı-ayrı maşınlardan gələn əmrlərin ardıcıllığını təmin edən Assemberlər dilindən istifadə olunmasını tələb edirdi. Maşın dilinin müxtəlifliyinə baxmayaraq, onlar ümumi əsaslar üzərində qurulmuşdur. Ən fundamental səviyədə kompüterlər ancaq bir “dil” lə iş görürlər – ikilik koda uyğun olan aşağı və yuxarı elektirik gərginliklə. Bu siqnalların kompüterin interpretasiyasından asılı olaraq müxtəlif mənaları ola bilər. Sıfır və vahidin müəyyən kombinasiyası kompüterin yaddaşında yeri,digər bir kombinasiyasi isə işlənilən verilənlərin bir hissəsini göstərə bilər.Üçüncü ikilik rəqəm qrupu və ya bitlər isə,maşına müəyyən əməli icra etmək əmri kimi,məsələn, iki ədədin toplanması əməlini yerinə yetirmək əmri ola bilər. İstənilən tipdən olan kompüter elə layihələndirilir ki, ikirəqəmli ədədlərlə kodlaşdırılmış çoxsaylı əmrlərə cavab verə bilsin. Bu və ya digər əmrlərin ardıcıllığını müqayisə yolu ilə kompüteri geniş əhatəli məsələləri həll etməyə məcbur etmək olar. Maşın kodu adlandırılan əmrlər dili tam aşkar olsa da o, insan üçün təbii deyil. Maşın kodu şəklində yazılmış istənilən ölçülü kompüter proqramı sonsuzluğa uzanan sap üzərində muncuq kimi düzülən minlərlə,hətta milyonlarla vahid və sıfırlardan ibarətdir. Bir rəqəm belə səhv düşərsə, yerində olmazsa, proqramın işləməməsinə səbəb ola bilər. Təqribən yarım əsr bundan qabaq maşın kodu kompüterlə insan arasında yeganə ünsiyyət vasitəsi idi. Ondan sonrakı dil yaradan nəsli məcbur etdilər ki, kompüter insana aydın olan dildən maşın koduna tərcüməçi kimi işləsin.