Ana səhifə / Yanğından mühafizə / Yanma qabiliyyətinə görə materialların təsnifatı

Yanma qabiliyyətinə görə materialların təsnifatı

Paylaşmaq!

Yanma qabiliyyətinə görə materialların təsnifatı elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Yanğından Mühafizə moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Yanma qabiliyyətinə görə materialların təsnifatı

Yanma qabiliyyətinə görə materialların təsnifatı

Yanmayan materiallar nəyə deyilir?

Yanma qabiliyyətinə görə materialların təsnifatıOd və ya yüksək temperatur təsirindən alovlanmayan, közərməyən və kömürləşməyən materiallara yanmayan materiallar deyilir.

Yanmayan materiallara hansı materiallar aid edilir?

Təbii inşaat materialları (qranit, mərmər, çinqil, qum, gil, azbest və s), saxsı məmulatlar (kərpic, keramit), şüşə əsaslı məmulatlar, metalların əksəriyyəti, mineral yapışdırıcılar və s. aiddir.Yanma qabiliyyətinə görə materialların təsnifatıBu materiallardan hazırlanmış konstruksiyalar yanmayan konstruksiyalar adlanır.

Çətin yanan materiallar nəyə deyilir?

Od və ya yüksək temperatur təsirindən çətinliklə alovlanan, közərən və ya kömürləşən, od mənbəyi təsir etdikcə bunlar davam edən, od mənbəyi kənar edildikdə isə alovlanma və ya közərməsi dayanan materiallara çətin yanan materiallar deyilir.

Çətin yanan materiallara hansı materiallar aid edilir?

Yanma qabiliyyətinə görə materialların təsnifatı
Fibrolit

Bu qrupa, adətən, yanmayanyanan komponentlərdən ibarət materiallar aiddir. Məsələn, fibrolit, asfaltbeton, gilli saman və s.Çətin yanan eləcə də səthi malaüzlüklə mühafizə olunmuş yanan materiallardan hazırlanmış konstruksiyalara çətin yanan konstruksiyalar deyilir.

Yanan materiallar nədir?

Od və ya yüksək temperatur təsiri ilə alovlanan, közərən və ya kömürləşən, od mənbəyi kənar edildikdə belə, yanma və közərməsi davam edən materiallara yanan materiallar deyilir.Bu qrupa ağac, dam ortüyü hidroizolyasiya materialları, linoleum, istilik izolyasiya materialları, və s aiddir. Bu materiallardan hazırlanmış konstruksiyalara yanan konstruksiyalar deyilir.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Nərdivanlar üzərində işləyən zaman təhlükəsizlik qaydaları

Nərdivanlar üzərində işləyən zaman təhlükəsizlik qaydaları

Nərdivanlar üzərində işləyən zaman təhlükəsizlik qaydaları elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, …