Alət və qurğuların təhlükəsiz daşınması elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Yanğından Mühafizə moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
Alət və qurğuların təhlükəsiz daşınması
Alətin uzun müddət istismara yararlığını necə təmin etməliyik?
Alətin uzun müddət istismara yararlığını təmin etmək üçün onu təmiz və səliqəli saxlamaq, həmçinin də iş yerinin səliqə-səhmanına fikir vermək lazımdır. İş yerinizə lazımsız şeyləri yığmayın, bu iş prosesində zədələnmələrə gətirib çıxara bilər.
Alətlə işə başlamazdan əvvəl hansı şərtlərə əməl etmək lazımdır?
- Alətlə işə başlamazdan əvvəl onun ətraf mühitin temperaturuna çatmasını gözləmək,
- aləti əlinizdə bərk tutmaq,
- elektrik alətini elektrik şəbəkəsinə, onu söndürülmüş vəziyyətdə yoxladıqdan sonra qoşmaq lazımdır.
Alətin metal hissələrinə toxunmayın. Elektrik cərəyanı vurmasının qarşısını almaq üçün alətin yalnız izolyasiya olunmuş hissəsindən tutun. Əgər alətdən istifadə etmirsinizsə, onu quru yerdə saxlayın.
Alətin təhlükəsiz daşınması zamanı hansı qaydalara əməl etməliyik?
Aləti rozetkadan çıxararkən və daşıyarkən alətin şunurundan dartmayın. Alətin şunurunu isti və yağlı yerlərdən aralı tutun, alətin təsadüfi işə salınmasının qarşısını alın.
Aləti bir yerdən başqa yerə apararkən barmağınızı alətin işəsalma açarının üzərinə qoymayın. Aləti işə salmamışdan əvvəl onun sönülü vəziyyətdə olduğuna əmin olun.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır