Ana səhifə / İlk Yardım Modulu / Elektrik cərəyanı ilə zədələnmə zamanı ilk yardım

Elektrik cərəyanı ilə zədələnmə zamanı ilk yardım

Paylaşmaq!

Elektrik cərəyanı ilə zədələnmə zamanı ilk yardım elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri İlk Yardım moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Elektrik cərəyanı ilə zədələnmə zamanı ilk yardım

Elektrik cərəyanı ilə zədələnmə zamanı ilk yardım

Elektrik  cərəyanı  ilə zədələnmə zamanı dərhal hansı tədbir görülməlidir?

Cərəyan vurmuş adama dərhal, həkim gələnədək ilk yardım göstərmək, ən əvvəl isə onu elektrik cərəyanının təsirindən xilas etmək lazımdır.Elektrik cərəyanı ilə zədələnmə zamanı ilk yardımCərəyan vurmuş adamın xilas edilməsi üçün əsas  şərt – adama  cərəyanın təsirini cəld dayandırmaqdan və ona dərhal ilk yardım göstərməkdən ibarətdir.Elektrik cərəyanı ilə zədələnmə zamanı ilk yardımİnsanı elektrik cərəyanının təsirindən azad etmək üçün dövrədəki cərəyanı kəsmək lazımdır.

Cərəyan  vurmuş  adamın  halını  necə müəyyən etmək lazımdır?

Elektrik cərəyanı ilə zədələnmə zamanı ilk yardım

  1. Dərhal onu arxası  üstə  uzatmalı;
  2. Rahat nəfəs alması üçün paltarın yaxasını və  kəmərini açmalı;
  3. Sinəsinin qalxıb – enməsinə görə  adamın nəfəs alıb – almadığını yoxlamalı;
  4. Nəbzinin vurduğunu yoxlamalı;
  5. Göz bəbəyinin vəziyyətini (daraldığını və ya genəldiyini) yoxlamalı.

Genəlmiş, hərəkətsiz göz bəbəyi  beyində qan dövranının dayandığına  dəlalət edir.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Uşaqları yanıqdan necə qorumaq olar?

Uşaqları yanıqdan necə qorumaq olar?

Uşaqları yanıqdan necə qorumaq olar? elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli …